VIII Bakı Kitab Bayramı keçirilib
Milli Kulturoloji Mükafat Komissiyası müsabiqəyə təqdim olunmuş 300-dən artıq ədəbi-mədəni və kitab-nəşr layihələri arasından 33 nominasiya üzrə qalibləri müəyyən edib
Mayın 26-da Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasında Yeni Yazarlar və Sənətçilər Qurumunun təşkilatçılığı ilə ənənəvi VIII Bakı Kitab Bayramı keçirilib. Qurumun sədri, kulturoloq Aydın Xan (Əbilov), xalq şairi Sabir Rüstəmxanlı, Milli Kitabxananın direktoru Kərim Tahirov, Misir Mədəniyyət Mərkəzinin direktoru Adel Dərviş, “Azərbaycan interneşl” jurnalının baş redaktoru Betti Bleyer və başqaları Azərbaycan Xalq Cümhuriyyətinin 90 və görkəmli yazıçı Mir Cəlal Paşayevin anadan olmasının 100 illik yubileylərinə həsr olunmuş kitab bayramı münasibətilə iştirakçıları təbrik edib, naşirlərlə müəlliflər, yazıçılarla oxucular arasında birbaşa əlaqələrin yaradılmasında, fikir mübadiləsi aparılmasında tədbirin xüsusi əhəmiyyətini vurğulayıblar. O da qeyd olunub ki, bayram çərçivəsində keçirilən müsabiqələr kitab nəşrinin keyfiyyətinə, müəlliflərin məsuliyyətinin artırılmasında da mühüm rol oynayır. © 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 27.05.2008 00:52 © anspress.com |