Gəncədə narkotik maddələrin alqı-satqısında təqsirli bilinən üç nəfər saxlanılıb
Saxlanılan şəxslərin digər cinayətlərdə də iştirakı ehtimal edilir

Kəpəz rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik maddələrin alqı-satqısında təqsirli bilinən 3 nəfər saxlanılıb. Bunlar Gəncə şəhər sakini Elnur Yaşar oğlu İsgəndərov, Yevlax rayon sakini Teymur Razi oğlu Musayev və Nazir Nadir oğlu Kərimovdur.

Faktla bağlı Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə cinayət işi başlanılıb. Saxlanılan şəxslərin digər cinayətlərdə də iştirakı ehtimal edilir. /ANS TV/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 16.05.2008 01:34

© anspress.com