Sumqayıtda bir il əvvəl baş vermiş qətlin üstü açılıb
48 yaşlı Tahir Heydər oğlu Mehdiyev birgə yaşadığı qadının oğlu tərəfindən öldürülüb

Sumqayıt şəhər polis ilarəsinin əməkdaşları 1 il öncə baş vermiş qətl hadisəsinin üstünü açıblar. Qeyd edək ki, qətlə yetirilən Sumqayıt şəhər sakini 48 yaşlı Tahir Heydər oğlu Mehdiyev şəhər polis idarəsi tərəfindən 2007-ci ilin aprel ayının 2-dən itkin düşmüş kimi qeydiyyata alınıb.

Sumqayıt şəhər polis idarəsinin əməliyyat işləri üzrə müavini Şirinəli Vəliyevin sözlərinə görə, Tahir Mehdiyev birlikdə yaşadığı Alişanova Nadejda Aleksandrovnanın oğlu Emil Rəhim oğlu Qəmbərov tərəfindən öldürülüb. Saxlanılan E.Qəmbərov T.Mehdiyevi qısqanclıq zəminində balta ilə öldürdüyünü və öz yaşadıqları ünvanın həyətlərində- 26-cı məhəllə bağlar evində basdırdığını bildirib.

Saxlanılan Emil Qəmbərova qarşı Sumqayıt şəhər prokurorluğunda da Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. /ANS TV/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 16.05.2008 01:18

© anspress.com