Gəncədə silah-sursat tapılıb
41 yaşlı Xəqani İbrahimov silah-sursatı evində saxlayırmış

Gəncə şəhər sakini 1967-ci il təvəllüdlü Xəqani Musa oğlu İbrahimovun evində görə silah və sursat, aşkarlanıb. Gəncə şəhər Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə,

Nizami rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbiri nəticəsində X.İbrahimovun Dədə Qorqud küçəsi bina 59/33 ünvanında yerləşən mənzilindən nömrələri silinmiş 1 ədəd "AK-74" silahı, 1 ədəd nömrəsi silinmiş "Revolver" markalı tapança, həmçinin 32 ədəd müxtəlif çaplı patron və 1 ədəd patron darağı götürülub. Faktla bağlı istintaq aparılır. /ANS PRESS/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 15.05.2008 22:34

© anspress.com