«Qusarın Xraxoba və Uryanoba kəndlərində Azərbaycan qanunları işləməlidir»
Rusiya ilə Azərbaycan arasında mübahisəli ərazilərin delimitasiya və demarkasiyası ilə bağlı iclasda bu kəndlərlə bağlı məsələ müzakirə olunmayacaq
Rusiya ilə Azərbaycan arasında mübahisəli ərazilərin delimitasiya və demarkasiyası ilə bağlı iclasda Qusarın Xraxoba və Uryanoba kəndləri ilə bağlı məsələ müzakirə olunmayacaq. Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim bu gün keçirdiyi ənənəvi brifinqdə bildirib ki, bu kəndlər Azərbaycanın ərazisi olduğundan, söhbət yalnız inzibati addımlardan gedə bilər: «İnzibati addımlar isə o deməkdir ki, bu kəndlərdə Azərbaycan qanunları işləməlidir». /ANS TV/ © 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 15.05.2008 21:09 © anspress.com |