Rusiya şirkəti Azərbaycanın pivə zavodunu alır
Alqı-satqının dəyəri açıqlanmasa da, «Baltika»nın rəhbərliyi pivə zavoduna 20 milyon dollar pul yatıracaq
Azərbaycanın ən böyük və ən müasir istehsal müəssisələrindən biri olan «Bakı-Kastel» şirkətinin sahibi dəyişir. Müəssisənin yeni sahibi Rusiyanın «Baltika» şirkəti olacaq.
Bu alqı-satqıdan sonra Rusiya şirkəti pivə zavodunun səhmlərinin 90 faizinə sahib olacaq. Səhmlərin qalan hissəsi isə Azərbaycanın fiziki və hüquqi şəxslərinə məxsusdur.
«Baltika» şirkətinin prezidenti Anton Artyemov bildirib ki, pivə zavodunun alınmasına səbəb burada biznes mühitinin yaxşı olması, gələcəkdə pivənin Gürcüstan, Türkmənistan və Rusiyanın cənubuna ixracı üçün yaxşı imkanların olması, eləcə də Azərbaycan bazarının böyük potensialı ilə bağlıdır. Alqı-satqının dəyəri açıqlanmasa da, «Baltika»nın rəhbərliyi bəyan edib ki, pivə zavoduna 20 milyon dollar pul yatıracaqlar. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 15.05.2008 19:31
© anspress.com
|