Yaşar Nuriyə qaraciyər köçürülüb
Xalq artisti dünən axşam saat 18.00 radələrində Türkiyənin Memorial xəstəxanasında əməliyyat olunub

Xalq artisti Yaşar Nuri üçün uzun müddətdir axtarışları aparılan donor nəhayət tapılıb. Aktyora dünən axşam saat 18.00 radələrində Türkiyənin Memorial xəstəxanasında qaraciyər nəql edilib. Uğurlu əməliyyatdan sonra Yaşar Nurinin vəziyyəti qənaətbəxşdir.
Xalq artisti Baloğlan Əşrəfovun ANS TV-yə verdiyi məlumata görə, əməliyyat uğurlu keçib. «İndi Yaşar özünü yaxşı hiss edir. Bir neçə gün reanimasiyada yatmalıdır. Mən də xəstəni ziyarətə gəlmişəm»./ANS TV/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 15.05.2008 16:58

© anspress.com