Bu gün Bakıda bilyard üzrə Avropa çempionatı başlayır
Titul uğrunda 32 kişi və 16 qadın bilyardçının mübarizə apardığı yarışda Azərbaycanı Seymur Məmmədov və Azər Hacıyev təmsil edəcək
Bu gün Bakı Olimpia Kompleksində bilyardın sərbəst piramida növü üzrə Avropa çempionatının startı veriləcək. Titul uğrunda 32 kişi və 16 qadın bilyardçı mübarizə aparacaq. Yarışlar Olimpiya Kompleksində quraşdırılmış 6 stolda keçiriləcək. Azərbaycan yığma komandasının idman şərəfini Seymur Məmmədov və Azər Hacıyev qoruyacaq. Qeyd edək ki, yarışın mükafat fondu 15 min ABŞ dollarıdır. /ANS TV/ © 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 15.05.2008 11:35 © anspress.com |