Qubada yarımçıq tikilidə silah tapılıb
İlkin ehtimallara görə, ev sahibi silahı evin divarına 1918-ci ildə ermənilərdən qorunmaq üçün qoyub

Quba rayon Polis Şöbəsinin əməkdaşı yarımçıq tikilidə silah sursat tapıb. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, rayon sakini Həmid İsmayılov atasına məxsus tikilini sökərkən oradan 1 ədəd xaricdə istehsal olunan tapança və iki ədəd silah darağı aşkarlanıb. Daraqlardan birində 9, o birisində isə 6 ədəd güllə tapılıb. İlkin ehtimallara görə, ev sahibi silahı evin divarına 1918-ci ildə ermənilərdən qorunmaq üçün qoyub. İşlək vəziyyətdə olan silahın əvvəl hər hansı bir cinayət əməlində istifadə olunub olunmaması araşdırılır. Ekspertizadan sonra silah Daxili İşlər Nazirliyinin silah anbarına təhvil verilib./ANS PRESS/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 14.05.2008 14:37

© anspress.com