Amerikalı musiqiçi Robert Konvey Azərbaycanda ödənişsiz konsertlər verəcək
R.Konvey mayın 14-ü saat Sumgayıtda, mayın 15-i Bakıda və mayın 17-i isə Gəncədə konsertlər verəcək

Amerikalı pianoçu Robert Konvey bu həftə Azərbaycana səfər edəcək. Bu barədə ABŞ səfirliyi məlumat yayıb. Verilən məlumata görə, R. Konvey mayın 14-ü saat 13:00-da Sumgayıt şəhərinin Musiqi Kollecində, mayın 15-i saat 20:00-da Bakı Orqan Musiqi Zalında (Kapelhaus) və mayın 17-i saat 13:00-da Gəncə Kamera Musiqi Zalında konsertlər verəcək. Keçirilən konsertlərə giriş ödənişsizdir. Robert Konveyin səfəri ABŞ Dövlət Departamenti və ABŞ səfirliyi tərəfindən maliyyələşdirilib. /ANS PRESS/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 13.05.2008 10:38

© anspress.com