ANS PRESS forumunun növbəti qonağı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucovdur
Forumda qeydiyyatdan keçin və suallarınızı verin
ANS PRESS forumunun növbəti qonağı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucovdur. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əsas fəaliyyət istiqaməti Azərbaycan Respublikasının Konstitusiyasının 48-ci maddəsinə müvafiq olaraq dini etiqad azadlığının həyata keçirilməsi üçün münasib şəraitin yaradılması ilə bağlıdır. Komitə sədri Hidayət Orucova dini fəaliyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsini, dini qurumlarla bağlı qanunvericiliyin müddəalarına riyaət olunması, müxtəlif yönümlü, Azərbaycan üçün xas olmayan dini əqidələr, qeyri-ənənəvi dini cərəyanlardan törənmiş sektalara qarşı mübarizə, dini etiqad azadlığının həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılması, dini qurumların Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərədə tutulmuş qaydada dövlət qeydiyyatınının aparılması, müxtəlif dini etiqadların dini qurumları arasında qarşılıqlı anlaşmanın və bir-birinə dözüm və hörmətli münasibətin möhkəmlənməsi və s. barədə suallarınızı verə bilərsiniz. Forumda qeydiyyatdan keçin və suallarınızı verin. Samirə Səfərəliyeva /ANS PRESS/ © 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 12.05.2008 15:02 © anspress.com |