Səfər Əbiyev: "Azərbaycan Ordusu həm maddi-texniki, həm də döyüş hazırlığı baxımından Ermənistan silahlı qüvvələrindən üstündür" (Eksklüziv)
"Ermənistan ordusunda bu günkü vəziyyətin necə olmasından yaxşı xəbərdarıq"

Salam cənab nazir. Necəsiniz, əsgərlərimiz, zabitlərimiz necədir?

-Hər şey yaxşıdır. Zabitlərimiz, əsgərlərimizin çoxu səngərdədir, döyüş şəraitindədir. Döyüş hazırlığı çox ciddi gedir və bütün qoşunlar hər an verilən əmri yerinə yetirməyə hazırdırlar.

-Dövlətin qayğısından razısınızmı? Nəzərə alsaq ki, ordunun pulu 2 milyard dollara catıb. Ön cəbhədə düşmənlə üz-üzə dayanmış əsəgərimizin bu gün daxili və xarici siyasəti necə izah edərdiniz?

-Siz yaxşı bilirsiniz ki, 2003-cü ildə Azərbaycan müdafiə nazirliyinin büdcəsi cəmi 435 milyon manat idi və 2004-cü ildə bu rəqəm 30 faiz elədi. 2004-də təxminən 65 % , 2006-da 100, 2007-də isə təxmini 30 faiz artım oldu. 2008-ci ildə isə təxminən 42-43 faiz artım olub. Bu o deməkdir ki, Azərbaycan Ordusunun imkanları qat-qat artır. Təminat sahəsində vaxtı ilə mövcud olan problemlər tamamilə aradan qaldırılıb, texnika- sursat problemləri var idi. Bu gün demək olar ki, Azərbaycan Ordusunun problemi yoxdur. Azərbaycan Ordusunun büdcəsi artırılandan sonra bütün sahədə təminat yaxşılaşıb. Azərbaycan Ordusu günü -gündən inkişaf edir. Bizim təlim, texnika imkanlarımız artıqca Azərbaycan Silahlı Qüvvələrinin də imkanları artır.

Cənab general, bütün bunlar bizi vətəndaş olaraq sevindirir. Amma bunu da nəzərə alaq ki, biz NATO standartlarına keçirik və bu bura gələn ekspertlərin rəyinə görə çox sürətlə, effektiv gedir. Təbii ki, çətinliklər də var. Sovet silahı və NATO standartı. Bunlar arasında mübarizə bizə hansı problemləri təqdim edir və biz bu problemləri necə həll edirik.?

-Biz NATO ilə sıx əməkdaşlıq edirik. Ordunun içində olmayan şəxslər elə bilirlər ki, bu bir ayın və ya iki həftənin işidir. Ancaq illər lazımdır ki, bu keçid gerçəkləşdirilsin. Biz əməkdaşlığa 1994-cü ildə başlamışıq. Umummill liderimiz o vaxt NATO-nun baş katibinə tərəfdaşlıq planını təqdim elədi və o təsdiqləndi. O gündən də biz çox əməkdaşlığa başlamışıq. Misal üçün bu il planlaşdırdığımız 170-ə yaxın tədbirdə 1000-dən artıq zabitlərimiz iştirak edəcək. Mən bu gün "bütün texnika dəyişilməlidir" deyənlərlə razı deyiləm. Hesab edirəm ki, bu düzgün deyil. NATO dövlətlərinin silahlı qüvəllərində çox sovet silahları var ki, onlar bu günə kimi ondan istifadə edirlər. Düzdür gələcəkdə planlarımızda bir neçə müddətdən sonra texnikanın yenisi ilə əvəz olunması da var. Bu gün demək olar ki, Azərbaycan Ordusunun bütün növləri NATO standartlarına keçib və bütün təlimlər NATO standartlarına uyğun keçirilir. 2007-ci ildən başlayaraq Azərbaycan Ordusunda keçmiş sovet standartları demək olar ki yox səviyyəsindədir. Amma buna baxmayaraq, biz o sistemdən tamamilə imtina etmək fikrində deyilik. Hansı sistem NATO standartlarına uyğyn deyil, biz onlardan sözsüz ki, imtina edirik.


Azərbaycan NATO-ya üzv olacaq?

-Bu barədə danışmaq hələ tezdir. Bunu vaxt göstərəcək.

Azərbaycanın hərbi sahədə əməkdaşlıq etdiyi dövlətlər və bu dövlətlərin Azərbaycanla münasibətlərini, tutaq ki, kollektiv təhlükəsizlik müqaviləsi imzalayan dövlətlərin bir-biri ilə münasibətlərini müqayisə edə bilərkimi? Misal üçün sabah (allah gösrtəməsin) Azərbaycanın hansısa yardıma ehtiyacı olarsa, KTM-ə üzvü olan dövlətlərin yardımı kimi bizim də belə bir yardımla təmin olunacağımıza zəmanət var?.

-Bu gün Azərbaycan Silahlı Qüvvəlləri təxminən 50 ölkənin silahlı qüvvəlləri ilə əməkdaşlıq edir. Türkiyə, ABŞ, Pakistan, Böyük Britaniya, Almaniya, Macarıstan, Bolqarıstan da daxil olmaqla 24 ölkə ilə hərbi sahədə əməkdaşlığa dair saziş imzalamışıq. Sazişlər bağlanarkən tərəflər öhdəliklər götürür. Bu gün MDB ölkələrində birlik yoxdur. Siz Rusiya və Ermənistan münasibətlərinin necə olmasında xəbərdarsınız. Bu da bizi məcbur edir ki, bu tandemə qarşı tədbirlər həyata keçirək.

-Cənab nazir, Ermənistan ordusu haqqında hansı məlumatlara maliksiniz? Hər halda bizim əks kəşfiyyatımız bu barədə lazımı məlumatlar əldə edir.

-Bəli bu sözsüz. Kəşfiyyat işləməsə, bizim məlumatımız olmasa, düşmənə qarşı necə tədbirlər həyata keçirmək olar? Bizdə bütün məlumatlar var, biz o məlumatlardan istifadə edirik. Hər gün daimi olaraq məlumatları alırıq. Biz o məlumatları açıqlamaq istəmirik, onlar hələ bizə lazım olacaq. Ermənistan ordusunda bu günku vəziyyətin necə olmasından yaxşı xəbərdarıq.

-Rusiya ilə Azərbaycanın eyni zamanda bir müştərək hədəfi də var. Mən Qəbələ RLS-i nəzərdə tuturam. Son zamanlar Qəbələ RLS ətrafında çox ciddi, fəal münasibətlər formalaşdı. Bu vəziyyət indi hansı mərhələdədir.?

-Azərbaycanın iştirakı olmadan Qəbələni müştərək istifadə etmək mümkün deyil. Çünki Qəbələ RLS Azərbaycanın mülkiyyətidir.

Rusiya-ABŞ. Sizcə bu danışıqlar hansı vəziyyətdədir? Harda dayanıblar?

-Hələlik o danışıqlar yox dərəcəsindədir.

-Cənab general Mən sizi cəbhədən tanıyıram. Sizin iştirak etdiyiniz döyüş hərəkətlərində çəkiliş qrupumuz iştirak edib. Bu atəşkəs daha çox ilin hansı mövsümlərində, son zamanları da götürsək hansı zamanlarda daha çox pozulur. 5 il bundan qabaqmı, 3 il qabaqmı? Yoxsa son zamanlar və bu cəbhənin daha çox hansı istiqamətlərində özünü göstərir və sizcə bu nə ilə bağlıdır?

-Atəşkəs dövründə Azərbaycan Ordusu çox inkişaf edib. Bu gün Azərbaycan Ordusu erməni tərəfindən açılan atəşə cavab verir. Mən bunun hansı istiqamətdə çox, hansı istiqamətdə az və bunun hansı mövsümlərdə olmasını demək istəmirəm. Əslində bütün cəbhə boyu atəşkəs pozulur. Azərbaycan -Ermənistan sərhədində, işğal olunmuş torpaqlarda. Təmas xətti bir-birinə yaxındır, əsgər əsgəri görəndə atəş açır. Erməni ordusu əsasən də gecə atəşi dayandırmır. İndi özünüz nəticə çıxarın. Bunıar gecə atəşi niyə dayandırmırlar?.

-Yaxın keçmişdə Rusiya Ermənistana 1 milyardlıq silah vermişdi. Bu böyük bir məbləğdir. İndi o fərq qalıbmı arada? Onlar yenə də1 milyard dollarlıq silahla bizdən qabaqdılar. Yoxsa artıq biz o balansı bağlamışıq.?

-1993- 96-cı illərdə Rusiya qanunsuz olaraq Ermənistana 1 milyarddan çox silah-sursat, texnika verdi. Siz özünüz dediniz keçmişdə qaldı. Biz o fərqi çoxdan bağlamışıq və gün demək olar ki, o fərq Ermənistanın deyil, Azərbaycanın xeyrinədir. Azərbaycan Ordusu həm maddi-texniki, həm də döyüş hazırlığı baxımından Ermənistan silahlı qüvvələrindən üstündü.

-Ordunun kadr hazırlığı barədə bir balaca danışdınız. Mən istərdim ki, bu barədə daha ətraflı danışaq və eyni zamanda hazırlaşdığımız paradla bağlı mövqeyinizi soruşum. Çünki cəmiyyətdə qəribə bir gözlənti, bir intizar var ki, biz ordumuzu nəhayət gözümüzün qarşısında görəcəyik.

-1997-ci ildə NATO standartlarına uyğun hərbi kadr hazırlaşdırmağa başladıq. Yeni standartlara uyğun hazırlanmış zabitlərin ilk buraxılışını 2001-ci ildə Heydər Əliyev etdi. Bu gün mövcud olan ali hərbi məktəb, ali hərbi təyyarəçilik məktəbi, ali hərbi dənizçilik məktəbi var, təlim-tədris məktəbləri, akademiyamız var. Simulyasiya mərkəzi də var. Bu mərkəzdə təlim xüsusi proqramlarda kompüterlərdə keçirilir. Bu mərkəzdə bütün silahlı qüvvələri planlı şəkildə təlimə cəlb etmək mümkündür. Azərbaycan 20 ölkədə öz hərbi kadrlarını hazırlayır. Əminliklə deyə bilərəm ki, bu gün Azərbaycanda kadr problemi yoxdur.

Azərbaycan Silahlı Qüvvələri Ordumuzun 90 yaşına xüsusi hazırlaşır. Azərbaycanin Ali Baş Komandanı İlham Əliyev dedi ki, çox möhtəşəm bir parad olacaq. Necə hazırlaşırsınız? Hansı qoşun növləri və nə qədər şəxsi heyət cəlb olunacaq?


-Cənab İlham Əliyevin göstərişi ilə biz ciddi hazırlığa başlamışıq. Paradda bütün növ silahlı qüvvəllər iştirak edəcək. Mən paradda hansı texnikanın iştirak edəcəyini deməyəcəm. Bunu vaxtı gələndə görəcəksiniz. /HESABAT/

 

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 11.05.2008 22:20

© anspress.com