İs­tan­bul Uni­ver­si­te­ti­nin "Din­cəl" ko­man­da­sı "Hey­dər Əli­yev ku­bo­ku"­nun sa­hi­bi olub
"Palmali" Şirkətlər Qrupunun sponsorluğu ilə Ankarada keçirilən breyn-rıng yarışmasının qalibi müəyyən edilib

«Palmali» Şirkətlər Qrupunun sponsorluğu ilə Ankarada keçirilən breyn-ring yarışmasının qalibi müəyyənləşib. Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovun rəhbərlik etdiyi Azərbaycan Kültür və Dayanışma Dərnəyinin sponsorluğu ilə A­zər­bay­ca­nın Tür­ki­yə­də­ki sə­fir­li­yin­də ümum­mil­li li­der Hey­dər Əli­ye­vin ana­dan ol­ma­sı­nın 85-ci il­dö­nü­mü mü­na­si­bə­ti­lə ke­çi­ri­lən "Hey­dər Əli­yev ku­bo­ku" uğ­run­da bi­lik və is­te­dad mü­sa­bi­qə­si­nin fi­nal mər­hə­lə­si ke­çi­ri­lib.
Tür­ki­yə­nin müx­tə­lif uni­ver­si­tet­lə­rin­də təh­sil alan azər­bay­can­lı tə­lə­bə­lər­dən iba­rət ko­man­da­la­ra fi­nal mər­hə­lə­sin­də uğur­lar di­lə­yən sə­fir­li­yin təh­sil mü­şa­vi­ri Nə­ci­bə Nə­si­bo­va bil­di­rib ki, ulu ön­dər gənc nəs­lin yük­sək bi­lik­lə­rə yi­yə­lən­mə­si­nə və və­tən­pər­vər­lik ru­hun­da bö­yü­mə­si­nə hər za­man qay­ğı gös­tə­rib. Son­ra tə­lə­bə­lə­ri­miz breyn-rinq bi­lik ya­rış­ma­sın­da is­te­dad­la­rı­nı sı­na­yıb­lar. İkin­ci mər­hə­lə­də ko­man­da­lar ma­raq­lı səh­nə­cik­lər nü­ma­yiş et­di­rib­lər. İki mər­hə­lə­nin ye­kun­la­rı­na gö­rə "Hey­dər Əli­yev ku­bo­ku"­nun sa­hi­bi İs­tan­bul Uni­ver­si­te­ti­nin "Din­cəl" ko­man­da­sı olub. İkin­ci ye­ri Mər­mə­rə Uni­ver­si­te­ti­nin "Uni­ver­sal", üçün­cü ye­ri isə İs­tan­bul Uni­ver­si­te­ti­nin "6 Siq­ma" ko­man­da­la­rı tu­tub­lar. A­zər­bay­ca­nın Tür­ki­yə­də­ki sə­fi­ri Za­kir Hə­şi­mov fəx­ri mü­ka­fat­la­rı qa­lib­lə­rə təq­dim edib və on­la­ra təh­sil­lə­rin­də uğur­lar ar­zu­la­yıb. Sə­fir qeyd edib ki, ümum­mil­li li­de­ri Hey­dər Əli­ye­vin adı­nı da­şı­yan mü­sa­bi­qə­nin qa­li­bi ol­maq tə­lə­bə­lər üçün bö­yük şə­rəf­dir.
Xatırladaq ki, «Palmali» Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovun rəhbərlık etdiyi Azərbaycan Kültür və Dayanışma Dərnəyinin sponsorluğu ilə hər il Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin oxuduqları universitetlər arasında bilik və hünər yarışması keçirilır. Yarışmanın məqsədi minlərlə km uzaqlarda təhsil alan gənclərimizi bir araya gətirib birlik və bərabərliklərini daha da gücləndirmək və ən istedadlı tələbələrimizi mükafatlandırmaqdır./ANS PRESS/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 09.05.2008 15:06

© anspress.com