"Xalqımız Nestle-nin məhsullarından imtina etməlidir"
Asif Qurbanov, Dokuz Eylul Universiteti, S.B.E. Maliye Bolumu Doktora Tələbəsi
Hörmətli ANSPRESS! Nestle-nin loqosundakı “Gözəl Yemək, Gözəl Həyat” devizi, “Yalan Xəbər, Yalan Həyat” yazılsa daha uyğun olar. Bilirsiniz ki, Nestle firması bir məsuliyyətsizlik edərək Azərbaycanı təcavüzçü dövlət kimi CD-lərində göstərib. Bizlər isə sadəcə dövlətimizdən gözləyirik ki, bir təpki versin. Əlbəttə dövlətimiz təpki verməlidir, ancaq bu rəsmi olur, rəsmi üzr gözlənilir və rəsmi üzr də gəlib. Ancaq vacib olan odur ki, bu CD-lər dünyada bir çoxlarının evinə girdi, uşaqlar və böyüklər tərəfindən baxıldı. Dünyada nə qədər insan kimin kimdən üzr istəməsini oxuyur və ya izləyir. Vacib olan bir neçə milyon insanın Azərbaycanı təcavüzçü kimi tanıyacaq. "Palçığı at, izi qalsın". -Əgər ticarət qanunları və ya digər qanunlar buna icazə versə, Nestle-nin Azərbaycana girişi gömrük tərəfindən durdurulmalı, - Xalqımız günü sabahdan Nestlenin mallarını almamalıdır. © 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 07.05.2008 13:44 © anspress.com |