"Xəzər dənizindən müstəsna olaraq sülh məqsədi ilə istifadə olunmalıdır"
Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov «Hesabat Mirşahinlə»də Xəzərin statusu ilə bağlı Tehran danışıqlarının sonu və razılaşdırılmış məsələlər barədə danışıb
- Hazırda İranla Azərbaycanın Xəzərin statusu ilə bağlı apardığı danışıqlarda vəziyyət hansı səviyyədədir? Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsində bu müddət ərzində İranın mövqeyində hər hansı dəyişiklər olub? - Biz İranla bir anlaşmaya gəlmişik ki, Xəzər dənizi müstəsna olaraq sülh məqsədi ilə istifadə edilməlidir. Bütün dövlətlərin maraqlarına, mənafeyinə xidmət etməlidir. Eyni zamanda beynəlxalq hüquq və beynəlxalq təcrübə əsasda bölgü həyata keçirilməlidir. Qəbul olunmuş beynəlxalq pirsiplər istifadə edilməlidir. Biz danışıqları bu əsasda aparırıq. Çalışırıq ki, həmin bölgünü həyata keçirək. Ortaq xəttin, yəni İranla Azərbaycanın arasında Xəzər dənizinin bölünməsinə aid olan xətti müəyyən etməliyik.
- Xəzərin statusu ilə əlaqədar Azərbaycanın mövqeyi nədən ibarətdir? - Azərbaycanın da digər dövlətlər kimi Xəzərdə sektoru var. Bu sektorda müəyyən hüquqular həyata keçirilir. Bu hüquqların müəyyən olunması qarşılıqlı razılaşma əsasında olmalıdır. Biz çalışırıq ki, bu razılaşmanı həm İranla, həm də Türkmənistanla əldə edək. Qazaxıstan və Rusiya ilə biz artıq öz sektorumuzun hüdudlarını müəyyən etmişik.
- İndi İran və Türkmənistanla problem nədən ibarətdir? - Problem ondan ibarətdir ki, biz hələ ortaq xətti müəyyən edə bilməmişik. Onun parametrləri hələ müəyyən edilməyib. Ona görə də danışıqlar hələ davam etməlidir, işçi qruplar işləməlidir.
- Sonuncu danışıqlarda siz nə hiss etdiniz? Hər hansı yumşalma var? - Danışıqların mövzusu Xəzər dənizinin ümumi hüquq statusuna aid olan konvesiya layihəsi idi. Orada su səhtində gəmiçiliyin neçə həyata keçirilməsi, su səthinin istifadə edilməsi, sərhədlərin neçə olacağı, hərbi gəmilərin hərəkəti kimi müxtəlif çətin məsələlr də var idi. Bütün bunlar geniş aspektdə müzakirə edilib. Eyni zamanda dənizinin dibinin bölünməsi ilə bağıl prinsiplər, bu prinsipləri həyata keçirmək üçün lazım olan elementlər konvesiya layihəsində əksini tapmalıdır.
- İndi Türkmənistanda yeni rəhbərlik var. Bu gün Türkmənistanın mövqeyində Xəzərin statusu ilə bağlı bizə yardımçı ola biləcək hər hansı məqamları hiss edirsinizmi? - Prezidentlərimiz arasında başlayan dialoqun Azərbaycanla Türkmənistan arasındakı münasibətlərin inkişafına müsbət təsirindən məmnunuq. Eyni zamanda Azərbaycanda Türkmənistan səfirliyinin fəaliyyətə başlaması, prezidentlər səviyyətində səfərlərin həyata keçirlməsi barədə qərarların qəbul edilməsi onu göstərir ki, son müddətdə iki ölkə arasında münasibətlərdə dinamik inkişaf baş verib. Xəzər məsələsində olan fikir ayrılığın da bizim ikitərəfli münasibətlərin dərinləşməsinə mənfi təsir göstərmir.
- Deməli Xəzərin məsələsində olan fikir ayrılığın bizim ikitərəfli münasibətlərin dərinləşməsinə mənfi təsir göstərmir. Bəs biz nəyi müzakirə edirik? - O məsələni həll etməliyik, o məsələ açıqdır.
- Xəzərin statusu məsələsində Azərbaycanın və Türkmənistanın istəyi nədən ibarətdir? Bu bölgü niyə bu qədər uzun çəkir? -Türkmənistan və Azərbaycan istəyir ki, hər iki dövlətin Xəzər dənizində hüdudu müəyyən edilsin. Mövcud olan fikir ayrılıqları, elementlər hər dəfə dəyişə və ya qala bilər. Ona görə də bunu hər dəfə müzakirə etmək, tamaşaçıya çatdırmaq, bu cür söhbətlərlə bunu izah etmək mümkün deyil.
-Bu il Bakıda tədbir keçirilməlidir. Dəqiq vaxt məlumdurmu? - Ceyhan samitində qərara alınıb ki, nöbvbəti sammit Bakıda keçirilsin. Dəqiq vaxtı məlum deyil. O əlavə razılaşdırılacaq. Razılaşdırılmaya kimi biz gərək hazırlıq işlərini davam etdirək.
- Bu görüşdə hansısa bir fundamental dəyişik, yekun ola bilər? - Mən düşünürəm ki, 2008-ci ildə Xəzər məsələsində müəyyən irəliləyişlər olacaq.
-Xəzərin hansı hissəslərində su sərhədləri aydındır, hansı hissədə hələ tam müəyyənləşməyib? - Hüququ baxımdan bu gün Xəzərdə su sərhəddi ümumiyyətlə mövcud deyil. Konvesiya layihəsində olan əsas məsələlərdən biri də dövlətlərin su sərhəddinin müəyyən edilməsidir.
- Biz haradan bilə bilərik ki, Xəzər sularında üzən hansı gəmi saxlanılmalıdır və ya saxlanılmamalıdır? - Müxtəlif rejimlər var. Hələlik bu rejimlə məsələlər həllini tapır. Məsələn, balıqçılıq məsələləri 10 millik rejimdə həll edilir. Elmi təqdiqatlar gəmilərinin fəaliyyti qarşılıqlı razılaşma əsasında, mineral ehtiyatların istifadəsi məsələsi təcrübə əsasında həll edilir. Yəni müəyyən hüquqi qaydalar var. Yenisi yaranana qədər köhnələrdən istifadə edilir.
- Dünyada yeganə belə dəniz Xəzərdir, yoxsa başqa başıbəlalı dənizlər də var? - Xəzər dənizinə bilavasitə dünyada dəniz qanunu sayılan Dənizçilik Konvesiyası tədbiq olunmur. Ona görə, də dövlətlərin hüdudularını, vəzifələrinin bölüşdürüməsinə öz aralarında razılaşdırılmasına ehtiyac yaranıb. Əgər Dəniz Konvensiyası Xəzərə şamil olunsaydı, bu cür detallarla məşğul olmazdıq və yalnız dibinin bölünməsi məsələsi ilə məşğul olardıq. Ancaq biz bütün fəaliyyət növlərini tənzimləmək üçün normalar yaradırıq. Xəzər dənizində bir məsələnidə götürək. Dənizin ətrafında olan dövlətlərin üçü daxili kontinental dövlətlərdir. Yəni, onların bilavasitə dünya okeanına çıxışı yoxdur. Belə olanda Rusiyadan Volqa-Don kanalı ilə onların gəmilərinin dünya okeanına çıxması məsələsi yaranır. Biz bu problemi hal-hazırda Rusiya ilə ikitərəfli razılaşma əsasında həll edirik. Lakin beynəlxalq hüquqda normalar var. Belə dövlətlərin tranzit hüququ var və onlar razılaşdırılmalıdır.
- Necə bilirsiz bu layihə nə vaxt təsdiqlənəcək? - Orada bir çox prinsipial məsələlər var. Birinci dənizin dibinin bölünməsi tam aydın olaraq qəbul edilsə və səhtinin istifadə edilməsi prinsipləri müəyyən edilsə razılaşdırma layihəsi qəbul edilə bilər.
- Biz o günü görəcəyik? - Bunun üçün böyük baza yaranıb. Regionda olan dövlətlər arası münasibətlərin vəziyyəti də bu məsələyə təsir göstərir. Bu istiqaməitdə müəyyən dəyişiklər var. Bu da bizdə nikbinlik yaradır. Ümid edirəm ki, o günü görəcəyik. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 21.04.2008 15:11
© anspress.com
|