ABŞ-dakı maliyyə böhranına baxmayaraq "Google"-un gəlirləri artıb
Bu ilin birinci rübündə Amerikanın gugl şirkəti 823 milyon avro gəlir əldə edib ki, bunun da 51 faizi məhz xaricdən əldə olunub

Dünyanın ən böyük axtarış sistemlərindən biri olan Google gəlirlərini artırıb. Bu vəziyyət, şirkət səhmdarlarının narahtlığına son qoyub. Bu ilin birinci rübü ərzində ABŞ-ın sözügedən internet şirkəti 832 milyon avro gəlir əldə edib. Bu isə şirkətin ötən ilin üç rübündə əldə etdiyi gəlirdən də çoxdur. Google-un satışı 42 faiz artıb. Bu xəbərin yayılmasından sonra birjalarda şirkətin səhmlərində 17 faizlik artım qeydə alınıb.

Məsləhətçi Nielsen qurupunun məlumatına görə, ötən il quqlun dünya bazarında hissəsi 56.3 faiz təşkit edib. Onun ən yaxın rəqibi Yahoo-nun payı isə cəmi 21. 5 faiz olub. Buna qədər isə, ekspertlər ABŞ-ın iqtisadiyyatındakı probelələrin guglun əsas gəlirlərindən olan reklam bizensinə mənfi təsir edəcəyindən ehtiyatlanırdılar. Amma, Google ABŞ-ın iqtisadi itkilərini uğurla kompensasiya edə bildi. Bu dövrdə Google-un 51 faizlik gəliri məhz xaricdən gəlib. Buna görə də, indi sözügedən şirkət xarici bazarlarda xüsusilə də Asiyadakı mövqeyini daha da gücləndirməyə çalışır. /ANS TV/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 21.04.2008 13:39

© anspress.com