"Hazırda ölkədə təqribən 4,4 milyon mobil telefon istifadəçisi mövcuddur"
Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə ANSPRESS forumun suallarına cavab verib
Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə ANS PRESS forumunun VİP qonağı olub və sualları cavablandırıb. - İnternetin sürəti nə vaxt artacaq? Qiymətlər demək olar normaldır, sürət cox zəifdir. Bir irəliləyiş gözlənirmi? - Doğrudur ki, “Elektron imza və elektron sənəd haqqında” qanun 2004-cü ildə qəbul edilmişdir. Qeyd etmək lazımdır ki, bu qanun həmin dövrdə öz konsepsiyasına görə MDB məkanında digər bəzi ölkələrin yanaşmalarına görə fərqlənirdi və daha qabaqcıl sayılırdı. Söhbət ondan gedir ki, Azərbaycanda bu qanun hazırlanarkən mövcud beynəlxalq təcrübə, Avropa Birliyinin Direktivi, BMT-nin model qanunu və digər aidiyyatı qanunvericilik aktları təhlil edilərək daha çox Avropa tələblərinə uyğun gələn qanun layihəsi işlənilmişdi. Bu qanun qəbul edildikdən sonra, onun reallaşdırılması üçün lazım olan qaydalar işlənilmişdir və bu iş ilk dəfə aparıldığı üçün müəyyən vaxt tələb etmişdir. Elektron imzanın istifadəsi təcrübəsinin öyrənilməsi məqsədilə nazirliyin əməkdaşları bir neçə xarici ölkədə olmuşlar. Aparılmış işlər sayəsində bu il elektron sertifikasiya mərkəzinin yaradılması və açıq açar infrastrukturunun qurulması həyata keçirilməsi planlaşdırılır. Tender proseduru keçirildikdən sonra icraçı bəlli olacaq və lazımı işlər görüləcəkdir. - Dövlət tərəfindən sertifikasiya mərkəzləri yaradılmadan qabaq hər hansı bir müəssisə daxilində sertifikasiya mərkəzi yaradılar və elektron imza tətbiq edilərsə, burada istifadə olunan standartların və prinsiplərin gələcəkdə dövlətin sertifikasiya mərkəzi tərəfindən qeydiyyata alınıb-alınmayacağını necə təyin etmək olar. Bir sözlə dövlət elektron imza sistemini tətbiq etməzdən əvvəl hər hansı müəssisə bu işi özü üçün edə bilərmi? - Yuxarıda qeyd etdiyim qaydalarda ölkəmizdə tətbiq edilə biləcək standartlar müəyyənləşdirilmişdir və qanunda korporativ, yəni müəssisədaxili və ya sahədaxili mərkəzlərin yaradılması və elektron imzadan istifadə edilməsinə icazə verilir. Məhdudiyyət yalnız dövlət orqanlarına müəyyənləşdirilmişdir ki, onlara sahədaxili sertifikasiya mərkəzi xidmət göstərməlidir. - Mütləq şəkildə belə söyləmək düzgün deyildir, çünki hər bir ölkənin İnternetə çıxış və istifadə imkanları müxtəlifdir. Regionda Ermənistanda İnternetə çıxışın qiymətlərinin 1 kbs ilə ölçüldüyünü, 1 Mb qiymətinin 4000$ ətrafında olduğunu, Qazaxıstanda təqribən 3000$ olduğunu heç kim yada salmaq istəmir. Hesab edirəm ki, həmişə özümüzü qamçılamaq və yarımçıq stəkanı boş görmək olmaz. Hətta son 1 ay ərzində ölkəmizdəki qiymət dəyişikliyinə diqqət yetirmək lazımdır. İnternet provayderlərin bu addımı güman ki, istifadəçilərin sayının artmasına səbəb olacaqdır. Nəticədə yenə də qiymətlərin azalmasına imkan yaranacaqdır. - Təhsil Nazirliyi bu istiqamətdə tədbirlər görür. Həm informatika müəllimlərinin sayının və səviyyəsinin artırılması, həm də digər fənn müəllimlərinə kompüter biliklərinin öyrədilməsi həyata keçirilir. Qeyd etmək lazımdır ki, bu prosesə bizim nazirlik də köməklik göstərir. Keçən il Goranboyda 75 müəllimlə təlim keçirilmişdir, bu il Tərtərdə 35 məktəbdən 70 müəllim bu təlimlər təşkil edilmişdir. İnformasiya texnologiyaları İnstitutunun əməkdaşları tətil dövründə bu müəllimlərlə məşğələlər keçirir və nəticələr müsbətdir. Müsahibəni daha ətraflı forumda oxuya bilərsiniz. © 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 19.04.2008 20:24 © anspress.com |