Səni görüm daş doğaydın, terminator
Savaş aktyoru ola-ola hamilə erkəkliyi də bacaran ”terminator” qondarma erməni soyqırımı qurbanlarının xatirəsini nə az nə çox düz 7 gün anacaq
Kaliforniya ştatının qubernatoru Arnold Şvartsneger lap qudurub. Savaş aktyoru ola-ola hamilə erkəkliyi də bacaran ”terminator” qondarma erməni soyqırımı qurbanlarının xatirəsini nə az nə çox düz 7 gün anacaq. Hər il aprel ayında Kaliforniya ştatında qubernator Arnold Şvartsnegerin əmrinə əsasən qondarma erməni soyqırımı qurbanlarının xatirəsini yad edirlər. Kaliforniyalılara guya tələf edilmiş, şikəst edilmiş insanları unutmamaq tövsiyə edilir. “Hər aprel biz “erməni qoyqırımı” zamanı həlak olmuş insanların xatirəsini yad edirik. 1915 və 1923-cü illərdə milyondan artıq “erməni” Osmanlı İmperiyasının ərazisində qətlə yetiriliblər. Faciənin qurbanları” erməni ziyalısı, sadə insanlar, uşaqlar və qadınlar olub. Bu hadisələrin fonunda isə erməni diasporası yarandı.” Sitatın Sonu. Olmayan faciədən ucuz balaqan yaratmaq yalnız ermənilərin və ermənikimilərin işidi.
Düz eləyir Arnold “qardaş”. Bizə bu da azdır. İndi məktəblidən soruşsan ki, məşhur terminator kimdir, hamı xorla bir ağızdan söyləyəcək ki, Arnold Şvartsneger. Yuxarı sinif şagirdlərindən işğal olunmuş rayonlarımızın adlarını soruşduqda isə, bu həyata da, erməniyə də nifrət edirsən. Çünki, Göyçay və Ağcabədinin adını eşitmək qulaqları cırmaqlayır. Ermənilərin bu rayonları işğal etməsi barədə məlumat heç Azərbaycan Müdafiə Nazirliyində də yoxdur.
Nə isə, qayıdaq bodibildinq ulduzu Arnold Şvartsnegerə . Aktyor qubernatorluq vəzifəsinə namizədliyini irəli sürəndə bütün Kaliforniyada onun iştirakı ilə filmlərin verilməsinə bir qayda olaraq qadağa qoyuldu. Bu əlavə pulsuz təbliğat sayılırdı. Niyə 5-6 erməninin dəstəyini qazanaraq ermənilərin təbliğatı ilə məşğul olan şəxsin iştirakı ilə çəkilən filmləri ərazisinin 20 faizi erməni tapdağı altında olan ölkənin bütün dünyaya peyk vasitəsi ilə yayımlanan 5-6 televiziyasında göstərməliyik?
Bizim bir nömrəli düşmənimiz ermənilərdir. Ermənini dəstəkləyənlər də düşmənimizdir. Onda nəyə görə, bu şəxsin çəkildiyi savaş və müharibə filmlərinə baxmalıyıq? Deyəcəksiniz ki, bunun nə dəxli var. Deməsəniz də düşünənlərimiz olacaq. Axı biz müsəlmanıq. Bu insan əsrin dəhşətli facisəsini, soyqırımını törətmiş ermənilərin dostudur.
Xocalıda qətlə yetirilən uşaq və qadınların, qocaların tanınmaz hala salınan cəsədlərini, meyitlərini yadınızı salın….
Yadımıza salın Qarabağ müharibəsini, qaçqınlarımızı, çadır və vaqonlarda yaşayan azərbaycanlılarımızı və ŞƏHİDLƏR XİYABANIMIZI….. Bir də Çingizin hönkürtülü səsini... Samirə Səfərəliyeva
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 17.04.2008 16:56
© anspress.com
|