Hörmətli, yoxsa hörmətsiz məktub?
Bakı ATƏT-in Minsk Qrupunun həmsədrlərindən gözlənilmədən aldığı zərbənin ağrısı altında öz incikliyini nümayiş etdirdi
Azərbaycanın ATƏT-in Minsk Qrupunun həmsədləri ilə öz münasibətlərini aydınlaşdırmasını regional həftənin əsas qalmaqalı da adlandırmaq olar. Ermənistanın xarici işlər naziri Vardan Oskanyan mətbuata Azərbaycan Xarici İşlər Nazirliyinin ATƏT-in katibliyinə Minsk Qrupundan imtina etməklə bağlı məktub göndərdiyini bildirəndən sonra qurbağa paradı başlanıb. Qalmaqalın bünövrəsi «Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətlə» bağlı BMT qətnaməsinin müzakirəsi zəmini açılan boşluğa qoyuldu. Bakı ATƏT-in Minsk Qrupunun həmsədrlərindən gözlənilmədən aldığı zərbənin ağrısı altında öz incikliyini nümayiş etdirdi və bu hoqqadan sonra həmsədrlərin buralara hansı üzlə gələcəyi barədə ritrik sorğu ünvanladı. Sorğu demişkən. Doğrudanmı Bakının ATƏT katibliyinə Minsk Qrupunun fəaliyyətindən imtina barədə məktubu olub? Araşdırmalarımız zamanı Azərbaycanın Xarici İşlər Nazirliyindən öyrənə bildik ki, ortada iddia olunan məktub yoxdur. Şifahi sorğudan söhbət gedə bilər ki, burada da baş diplomatiya idarəmiz ATƏT-in Minsk qrupunun həmsədrlərinin təyinatı və onların xidmətinin bitməsi prosedurunun aydınlaşdırılmasını istəyib. Vəssəlam. Elə bu sorğu da Ermənistan Xarici İşlər naziri Vardan Oskanyanı həyəcanlandırıb. Əlbəttə, Xarici İşlər Nazirliyimiz diplomatiya ilə məşğul olduğundan ANS-ə verilən bu məlumatın da hansı hissəsinin xəbər, hansı hissəsinin isə diplomatiya olduğunu dəqiq bilmirik. Amma bir faktın izinə düşə bildik və hesab edirik ki, onun vasitəsilə bir çox məsələlərə aydınlıq gətirmək olar. Mart ayının 28-də Vyana təmsilçimizin, Fuad İsmayılovun adından ATƏT-in Baş katibinə məktub ünvanlanıb. Böyük çətinliklə əldə etdiyimiz məktubun mətnini Sizə təqdim edirik: Mir Şahin © 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 30.03.2008 21:31 © anspress.com |