"Həmkarlarımız Ermənistanda baş verən hadisələrin necə işıqlandırılmasından narazıdırlar"
"İnterfax"ın direktorlar şurasının sədri Mixail Komissarın «Hesabat Mirşahinlə» verilişinə müsahibəsi

- Siz dünyanın ən nüfuzlu informasiya strukturlarından bininin rəhbərisiniz. Ola bilər, hansısa təlimatlar var ki, onlarla Azərbaycanlı həmkarlarınızla bölüşəsiniz…

- Başlıcası ona nail olmaq lazımdır ki, jurnalist-informator siyasətçilik oynamasın. Siyasət onun işi deyil. Jurnalist-informasiyaçı faktları əks etdirməlidir. Onun işi faktı maksimum obyektiv, dəqiq, tərəfsiz, savadlı və düzgün şəkildə əks etdirməkdən ibarət olmalıdır. Oxucu artıq özü müəyyən etməlidir ki, bu və ya digər infolrmasiyada nə deyilir?! Ya lap bu, başqalarının işi olacaq. Məsələn, qəzet müxbirləri. Onlar məlumatları izah edə bilərlər. Amma informasiya agentlikləri hər hansı tərəfin maraqlarından təcrid olunmuş məlumatlar yaymalıdır.

- Bu gün sizə hansısa yasaq mövzular varmı ki, məsələn, onlar barədə yazmayasınız?

- İnformasiyaya müəyyən yanaşmalara yasaq var. Məsələn, biz məlumat aldığımız mənbənin dəqiqliyinə əmin olmalıyıq, hətta müxtəlif səbəblərdən bəzən onların adını açıqlaya bilmirik, baxmayaraq ki, biz buna can atmalıyıq. Biz o mənbəni tanıdığımıza, etibar etdiyimizə əmin olmalıyıq. Vacibdir ki, informasiyanı ciddi şəkildə yoxlayaq. Ona görə ki, hətta yoxlanılmış mənbə belə bəzən ya bilərəkdən, ya bilməyərəkdən məlumatı təhrif edir. Mövzular xırda olmalı, maraqlı və mühüm olmalıdır. Mövzu jurnalistin özünə, ya da məlumatı verən tərəflərdən birinə yox, oxucuların mütləq əksəriyyətinə maraqlı olmalıdır.

- Bunlar informasiyanın ümumi qəbul edilmiş prinsipləridir. Bəs Rusiyanın özündə konkret hansısa qadağan olunmuş mövzular varmı?

- Müasir Rusiyada qanunun icazə verdiyi şəkildə prinsipcə hər bir məlumatı vermək olar. Bəli, bəzən və getdikcə daha nadir hallarda müəyyən tövsiyələr də olur ki, bunlar qadağa deyil. 20 illik fəaliyyətimiz dövründə hamını nəyinsə yasaq edildiyi dövlət strukturu olmadığımıza öyrədə bilmişik. Bizi inandırmağa çalışırlar ki, məsələn niyə bu və ya digər məlumata diqqət yetirməyə dəyməz. Və ya bəlkə də istifadə etdiyimiz mənbələr tərəfindən düzgün olmayan tərzdə verilir.

- Tövsiyə verən strukturların adını çəkmək olarmı?

- Kim tövsiyə verə bilər? Tövsiyəni adətən o şəxslər verirlər ki, hakimiyyətə mənsubdurlar, hakimiyyət strukturlarının müəyyən təmsilçiləri. İnformasiya prosesinə təsir göstərməyə cəhd göstərən və buna qadir adamlar. Bu, normaldır. Yeri gəlmişkən, bu proseslərə, bu və ya digər hakimiyyət strukturunun belə hərəkətlərinə normal hadisə kimi yanaşmaq lazımdır. Mən sualı başqa cür qoyardım. Jurnalist belə məsləhətlərə və ya göstərişlərə tabe olmayan halda nə olacaq?! Hazırdırmı jurnalist buna?

- Yaxşı jurnalist belə məsləhətlərə və ya göstərişlərə tabe olmayan halda nə baş verə bilər? Hazırdımı buna?

- Hazırıq. Biz çox tez-tez tabe olmuruq.

- Sonuncu dəfə belə hadisə nə vaxt baş verib?

- Müxtəlif səviyyələrdə bu müxtəlif şəkildə baş verir. Mənə artıq kifayət qədər az zəng vururlar. Allaha şükür ki, biz buna öyrəşmişik. Düşünürəm ki, şəxsən mənimlə ildə bir neçə dəfə belə söhbətlər ola bilər. Məncə mənim bu və ya digər məlumat siqmentinə görə cavab verən həmkarlarımla bu, daha tez-tez baş verir. Bəzən belə mövzular mənə də gəlib çatır. Danışırlar ki, məsələn, bizi bu mövzunun aktual olmadığına inandırmağa çalışırlar. Onda artıq qərar qəbul olunmasında iştirak edən şəxslər qərar verməlidirlər ki, biz öz mövqeyimizin üstündə dururuq, yoxsa tövsiyələr verən tərəfin arqumentlərini inandırıcı hesab edirik.

- Onda icazə verin mən öz nəzər nöqtəmi sizin baxışlarınızla tutuşdurum. Bu yaxınlarda Ermənistanda baş verən hadisələr göstərdi ki, Rusiyada heç də bütün informasiya agentlikləri bu olaylara səxavətlə yer ayırmadı. Səhv etmirəmsə, yalnız «Kommersant»da Levon Ter-Petrosyanla bir müsahibə var idi. Məsələn, sizə Ter-Petrosyanla müsahibə etmək maraqlı deyildi? Özünüz bu qərara gəldiniz ki, Ermənistan hadisələrini işıqlandırdığınız kimi işıqlandırasınız? Məsələn Gürcüstan hadisələrini siz daha ətraflı verirdiniz…

- Əvvəla, mən «İnterfax»ın direktorlar şurasının sədriyəm. Bu şuraya Çin, ABŞ, İngiltərə və başqa ölkələrdə işləyən 35 kompaniya daxildir. Təəssüf ki, bu gün yaranmağımızdan 20 il sonra mən gündəlik iş prosesinə cəlb olunmamışam və detallara görə cavab vermək mənə çətindir. Konkret olaraq bu halda nə baş verdiyini o qədər də ətraflı bilmirəm. Bu, birincisi. İkincisi, mənə məlum olduğu qədər bəzi problemlər ortaya çıxır. Bizim öz jurnalistimizlə müəyyən problemlərimiz vardı. Yəni nəsə baş verib. Kimsə gəlib, kimsə gedib, bir sözlə insan amili ilə bağlı nəsə baş verib və iştirak etdiyim görüşlərdən birində eşitdiyimə görə, bizim Ermənistandakı jurnalistin dəyişdirilməsi baş verir.

- Bu, hər iki tərəfin arzusudur, yoxsa Ermənistan istəmir ki, o jurnalist orada çalışsın?!

- Yox, informasiya prosesini idarə edən həmkarlarımız Ermənistanda baş verən hadisələrin necə işıqlandırılmasından narazıdırlar.

- Səfəriniz zamanı prezident İlham Əliyevlə də görüşdünüz. Yəqin ki, fikir mübadiləsi aparmısınız, hansı təəssüratlar buraxdı o sizdə?


- Mən onunla ilk dəfə idi görüşürdüm. Heydər Əliyevlə bir neçə dəfə görüşmüşdüm. Görüş çox xoşuma gəldi. Etdiklərimizə böyük marağı var idi. Xoşuma gəldi ki, prezident bizim məhsulları da oxuyur, ümumiyyətlə informasiya şəraitinə bələddir, baş verənlər barədə yaxşı məlumatı var. İnanın ki, böyük rəhbərlərin hamısında həmişə belə olmur. Onlar daha çox jurnalistika mənbələrinə yox, hansısa xüsusi mənbələrə bel bağlayırlar. Belələri istənilən dövlətdə az deyil. Prezident İlham Əliyev isə jurnalistlərin yazdığına diqqət yetirirsə, bu, artıq hörmətə layiqdir və boş yerə deyil. Xoşuna gəlir, ya yox, bu, artıq ayrı məsələdir, hər halda tanış olur. Şəraiti gözəl bilir. Xüsusilə iqtisadiyyat sahəsində. Biz daha çox iqtisadi informasiya sahəsi ilə bağlı danışdıq.

- Bizdə bu il prezident seçkisi ilidir. Sizdə isə artıq seçki oldu. Prezident Putin gedəndən sonra sizə çətin olacaq, yoxsa asan?


- Əvvəla, cənab Putin getməyib. O, prezident postunu tərk edib. Amma onun tutacağı baş nazir kürsüsü əhəmiyyətinə görə ikinci yerdədir. Beləliklə cənab Putin ölkəyə rəhbərlik edənlərin sırasında qalır. Cənab Medvedev isə mənə elə gəlir ki, bir çox məsələlərdə Putinin kursunu davam etdirəcək. Amma hər halda, hansısa korrektivlər də olacaq. Mən həm cənab Putini, həm cənab Medvedevi kifayət qədər yaxşı tanıyıram. Dmitri Anatoliyeviçlə dəfələrlə söhbət etmişəm. Çox müasir, çox oxuyan adamdır. Mənə xoşdur ki, onun kabinetində, masasının üstündə, yanında displeylər, monitorların böyük bir cərgəsi var. O vaxtın real rejimində yaşayır, informasiyanı özü izləyir, hər halda nə qədər ki, prezident deyildi, o belə idi. Ümid edirəm ki, onun bu keyfiyyətləri prezident olandan sonra nəinki qalacaq, hətta artacaq. Fikrimcə o, demokratik əhval-ruhiyyəlidir. Düşünürəm ki, siz Rusiyanın ən radikal radistansiyasının «Exo Moskvı» olduğunu bilirsiniz. O «Qazprom media»nın tərkibinə daxildir. Mənə məlumdur ki, bu radiostansiyadan gələn informaisya axınına təsir göstərmək istəyən dövlət məmurlarını bütöv bir qrupunun iradları Dmitrii Anatoliyeviç Medvedev adlı qayaya dəyib geri qayıdırdı. «Qazprom media»nın sədrlər şurasının sədri olarkən o, bu radiostansiyanın azadlığını müdafiə edirdi. Bu, yaxşı əlamətdir və çox şeydən xəbər verir». /«Hesabat Mirşahinlə»/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 23.03.2008 21:38

© anspress.com