Yeni turizm portalı təqdim edilib
Məqsəd, Azərbaycanı turizm nöqteyi nəzərdən cəlbedici ölkə kimi tanıtmaq, turistlərə ölkə və onun imkanları haqqında məlumat verməkdir
Bu gün Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və BMT-nin İnkişaf Proqramının birgə yaratdığı turizm portalının təqdimat mərasimi keçirilib. ANS PRESS-in məlumatına görə, portal «daxili turzmin səmərəli inkişafına kömək etməklə Azərbaycan Respublikasında yoxsulluğun azadlması məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyinə İnstitusional yardım» layihəsi çərçivəsində yaradılıb. Portalın əsas məqsədi Azərbaycanı turizm nöqteyi nəzərdən cəlbedici ölkə kimi tanıtdırmaq, turistlərə ölkə və onun imkanları, həmçinin müxtəlif turizm xidmətləri haqqında məlumat vermək, onların gəlişini və qalmasını asanlaşdıran dolğun axtarış sisitemini yaratmaqdır. Bu portalda respublikanın bütün rayon və şəhərlərində fəaliyyət göstərən mehmanxana, motel və istirahət güşələri haqqında informasiya əldə etmək mümkün olacaq. © 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 15.02.2008 15:49 © anspress.com |