Murtuza Muxtarov 194-də Tağıyevin əkdirdiyi ağacları kəsdilər

Redaksiyamıza daxil olan oxucu məktubunda deyilir:

Murtuza Muxtarov 194 və C.Cabbarlı 611-in kəsişdiyi yerdə, keçmiş MTN Yasamal şöbəsinin arxasında, Azərbaycan İqtisadiyyat Universitetinin Hacı Zeynalabidin Tağıyev tərəfindən tikilmiş 3-cü korpusunun həyətində H.Z.Tağıyevin əkdirdiyi 100 illik ərik ağaclarının bir hissəsi amansızcasına kəsildi. Qeyri-qanuni yolla (tarixi abidənin, təhsil müəssisəsinin və tarixi mədəniyət abidəsinin ərazisində) göydələn tikintisinə hazırlıq gedir.

Kömək edin ! Artıq növbə çatdı Tağıyev irsinə!

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 23.09.2007 12:08

© anspress.com