İnterenet həvəskarları Azərbaycan ziyalısını ələ salıblar
Redaksiyamıza daxil olan oxucu məktubu çox maraqlı mövzuya toxunub:

Mənim adım Güneldir. Bu gün google.az-da "Vakansiyalar Azərbaycanda" portalina baxırdım və orda bir elan məni şoka saldı, bu elanı sizə də gondərirəm, baxin - görün saytda necə şeyləri təbliğ edirlər.

Hörmətlə Günel.

Günel xanım www.elanlar.info portalında yerləşdirilmiş elanın mətnini yollayıb:

«Özüm Dubayla Azərbaycan aralığında qadin alveriylə məşğulam. Əmək müqaviləsi işə qəbul olunmadan bağlanılır və minumum əmək haqqı 3000 AZN-dir».

Daha sonra elanda telefon nömrəsi və nömrənin sahibinin adı yazılıb.

ANS-PRESS-in əməkdaşı məsələ ilə bağlı araşdırma apardıqan sonra aydın olub ki, elanda göstərilmiş telefon 40 ildən çoxdur ki, Azərbaycan Texniki Universitetində işləyən, tələbələrin çox yaxşı tanıdığı bir ziyalıya məxsusdur. Ad da ona uyğun gəlir. Telefonun sahibi bir neçə dəfə də ona bu cür zənglər olduğunu, məsələnin nə yerlə olduğunu anlamadığını bildirir. O, elanın və onun adının kim tərəfindən sayta yerlişdirildiyini də bilmədiyini söyləyib. Beləliklə, məsələnin çox acı bir zarafat olduğu anlaşılıb.

Bu cür portalları yaradanlar vətəndaşları belə təhqirlərdən qorumağın mexanizmi barədə düşünməlidirlər. /ANS-PRESS/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 15.09.2007 11:05

© anspress.com