Mingəcevir şəhərinin Gülşən qəsəbəsinə 3 həftədir işıq verilmir
Mingəçevir şəhərinin Gülşən qəsəbəsində çox acınacaqlı vəziyyət yaranıb. 300-dən artıq qaçqın və məcburi köçkün ailəsinin məskunlaşdığı bu qəsəbəyə artıq ücüncü həftədir elektrik enerjisi verilmir. Elektrik enerjisinin verilməməsinin səbəbi izah olunmur. Qəsəbədə qazın da olmaması vəziyyəti daha da çətinləşdirir. Əhali yerli icra hakimiyyətinə müraciət etsə də, icra aparatından açıq etiraf ediblər ki, bu məsələ onların səlahiyyətlərində deyil. İşıq idarəsi İcra hakimiyyətinə tabe deyil. İşıq idarəsinin müdiri Vüqar Əhmədov isə açıq şəkildə özbaşnalıq edir. Nəticədə isə əhali əziyyət çəkir. Xahiş edirik bu məlumatı dərc edəsiniz. Bəlkə tədbir görülər. © 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 29.05.2007 10:10 © anspress.com |