Tələbələr 300-500 manat arası pul verməlidirlər?

- Mən sizə iki haqsızlığa görə müraciət edib sizdən kömək və yaxud məsləhət istəyirəm.1.İqtisad Universitetində rüsvətxorluq son mərhələdədir. 4-cu kurs tələbələri institutu qurtarıb diplom almaqcün 300-500 manat arası pul verməlidirlər. 2. Bas prokurorluğun və bas prokuror Zakir Qaralovun nəyə nəzarət etdiyi haqqında məlumat almaq istəyirəm. Neçə-neçə günahsız şəxs cinayətkar adı ilə dəmir barmaqlıqlar arxasına yola salınır. Mötərəm hakimlərin çixardıqları düzgün qərarlara görə gunahsız sakinlər dubinka sədaları altında dəmir barmaqlıqlar arxasına yola salınır. Elnur Əzizov

- Hörmətli Elnur. Birinci sualınızla bağlı İqtisad Universitetinin rektorunun köməkşisi və mətbuatla əlaqələrə məhsul olan Elnur Məmmədovla əlaqə saxlayıb bunları öyrənə bildik. E.Məmmədovun dediyinə görə, oxuyan tələbədən qanundan kənar pul almaq mümkün deyil. Universitetdə diplom işləri acıq və şəffaf şəkildə hazırlanıb müdafiə olunur. Eyni zamanda E.Məmmədov universitetdə mənfi halların mümkünlüyünü inkar etmir. Belə hallarla mübarizə aparılır və bunun ən effektiv üsulu rektorun açıq saytıdır. Saytın ünvanı tələbələrin hamısına çatdırılıb, rektor ora daxil olan şikayətlərı şəxsən özü oxuyub tədbir görülməsinə dair sərəncam verir. E.Məmmədov tələbələri fəal olmağa, hər hansı mənfi hadisə barədə ona xəbər verməyə çağıraraq söz verib ki, şikayətlə gələn tələbələrin rektorla görüşünə şərait yaradacaq. E.Məmmədov universitetdə fəal işləyən tələbə gənçlər təşkilatın işini yüksək qiymətləndirdi. Onlar imtahanlara nəzarət edir, nəticədə hər semestrda bir neçə imtahanın nəticələri ləğv edilir və imtahan yenidən keçirilir.

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 21.05.2007 12:42

© anspress.com