20-ci sahədə uşaqların həyatı təhlükədədir
1 həftə öncə Patamdart şossesi ile düşən avtomobil 10-11 yaşlı bir uşağı vurdu
Salam, 20-ci sahə adlanan qəsəbədə 2 orta məktəb yerləşir və məktəbə hər gün gedib-gələn balacalara yolu keçmək çox təhlükəlidir. Orada iki yolayrıcı və çox təhlükəli bir döngə var. Bu yolayrıcına ishiqforun qoyulması çox vacibdir. 1 həftə öncə Patamdart şossesi ile düşən avtomobil 10-11 yaşlı bir uşağı vurdu, xoşbəxtlikdən uşaq sağ qaldı. Amma bu, o demək deyil ki, sabah bu cür hadisə zədəsiz keçəcək. Çox xahiş edirəm aidiyyatı orqanlar bunu nəzərə alsın. Lalə Allahverdiyeva © 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 17.05.2007 10:19 © anspress.com |