Podkastinq nədir
İndiki həyat dinamikası əksər vaxtlarda radionu dinləməyə imkan vermir. Burada Podkastinq yardımçınız ola bilər. O, sizə xəbərləri, hər hansı müsahibəni özünüzə münasib vaxtda dinləməyə kömək edir. Amma sizə Mp3-pleyer və podkastları yükləmək üçün proqram lazımdır.«Podkastinq» termini «Apple» şirkətinin istehsal etdiyi «İpod» mp3-pleyerin adından törəyib. Podkastinq texnologiyasının işi ondan ibarətdir ki, radiostansiyanın mp3 formatında olan verilişlərini avtomatik olaraq internet vasitəsilə kompüterinizə yükləsin. Siz onları özünüzə münasib vaxtda dinləyirsiniz.