|
Ordan-Burdan / 22.12.2008 16:31 Yeni İl ərəfəsində restoranların qiyməti orta hesabla 25-30 faiz bahalaşıb
Artıq şəhərin restoran və banket zallarında yeni il şənlikləri təşkil olunur. Yeni ilə hələ bir həftə qalsa da, restoranlar və banket zallarının bir çoxu öz proqramlarını təyin ediblər. Turan agentliyinin araşdırmasına görə, keçən illə müqayisədə yeni il ərəfəsində restoran və banket zallarının qiyməti orta hesabla 25-30% bahalaşıb .
östəriləcək xidmətin qiyməti orta hesabla adambaşına 40-100 AZN, dekabrın 31-i və yanvarın 1-də təşkil olunacaq şənliklərdə isə 120-250 AZN olacaq. Otən il bayram ərəfəsində həmin rəqəm 30-100 AZN, dekabrın 31-i və yanvarın 1-də isə 100-250 AZN olub. Restoranların adminstrasiyaları bunun səbəbini əsasən son bir il ərzində ərzaq məhsullarının və digər xərclərin artması ilə əlaqələndirirlər. Yeni il ərəfəsinin Məhərrəm ayına təsadüf etməsi isə bir sıra restoran və banket zallarında şənliklərin keçirilməsinin dayandırılmasına səbəb olub. Artıq kollektiv şənliklərin təşkili üçün yerlər demək olar ki, məhduddur. Dekabrın 31-i və yanvarın 1-də keçiriləcək şənliklərdə iştirak etmək istəyənlər isə sifarişlərini indidən verməlidirlər. Yeni il ərəfəsi təşkil olunan şənliklər dekabrın 24-dən, yeni ildə isə yanvarın 8-nə kimi davam edəcək.
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|