|
İqtisadiyyat / 22.12.2008 15:52 2009-cu ilin əvvəlində BTC ilə gündəlik 20 min barrelə yaxın Gazaxıstan neftinin vurulması planlaşdırılır
2009-cu ilin yanvar ayında Qazaxıstanın "Tengiz" yatağını hazrlayan "Tengizşevroyl" əməliyyat şirkəti Azərbaycan ərazisi ilə 1,2 mln barrel neftin tədarükünü həyata keçirməyi planlaşdırır. Bu barədə Turan agentliyi Energy Intelligence Group (EIG) Inc.-ə istinadla xəbər verir. EIG məlumatlarına əsasən, Tengiz nefti həm Bakı-Tbilisi-Ceyhan kəməri ilə, həm də Gürcüstanın Kulevi (ARDNŞ-ə məxsusdur) və Batumi (Qazaxıstan neft şirkətinə məxsusdur) limanlarınadək dəmir yolu ilə nəql olunur. Müqavilənin şərtlərinə əsasən, nəql olunan həcmlər bərabər bölünəcək. Qeyd edək ki, sentyabrda Amerikanın ChevronTexaco şirkəti BTC Co. şirkəti ilə Azərbaycan boru kəmərinin əsas ixrac yolu ilə neftin nəqlinə dair saziş imzalayıb. Oktyabrın sonundan neft Qazaxıstandan Bakıyadək tankerlərlə nəql olunur, sonra BTC boru kəmərinə vurulur və ya dəmir yolu ilə Gürcüstanın Qara Dənizdəki terminallarına yollanır. Xatırladaq ki, Tengiz neftinin nümunə partiyası ilk dəfə 1996-cı ilin oktyabrında dəmir yolu ilə Azərbaycan ərazisndən dünya bazarlarına tədarük edilib. 1997-ci ildən tədarüklər Cənub-Qafkaz nəqliyyat dəhlizi ilə həyata keçirilib.
Lakin 2003-cü ildə Tengiz-Novorosiysk neft borusunun istismara verilməsindən sonra tədarüklər azalıb.
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|