|
Kriminal / 22.12.2008 12:46 Dezodorantın içərisindən heroin çıxdı
Heroinli dezodorant 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Pərviz Şahmarlıya göndərilib
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Turana verdiyi məlumata görə, bazar günü 1 saylı cəzaçəkmə müəssisəsinin nəzarət-burxılış məntəqəsində bu müəssisədə cəza çəkən, Cinayət Məcəlləsinin 234.2 (narkotik vasitələri, psixotrop maddələri hazırlama, əldə etmə, satma və ya saxlama) maddələri ilə 4 il müddətinə azadlıqdan məhrum edilmiş Pərviz Şahmarlıya qohumu Qurban İbrahimovun gətirdiyi sovqata baxış zamanı «Lady Speed Stıck» dezodorantının içərisində ümumi çəkisi 13,505 qram heroin aşakar edilərək götürülüb.
Faktla bağlı Bakı şəhər Nizami rayon Polis İdarəsi təhqiqat aparır.
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|