|
İqtisadiyyat / 22.12.2008 12:24 Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadzenin Bakıya rəsmi səfəri başlayıb
Nazirin qış dövründə Gürcüstana enerji daşıyıcılarının ixracı ilə bağlı müzakirələr aparacağı gözlənilir
Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadzenin Bakıya rəsmi səfəri başlayıb. 2 günlük səfər çərçivəsində Qriqol Vaşadze prezident İlham Əliyev, baş nazir Artur Rasizadə və azərbaycanlı həmkarı Elmar Məmməmyarovla görüşəcək. Səfərin konkret məqsədi barədə məlumat verilmir. Bununla belə, gürcü nazirin qış dövründə Gürcüstana enerji daşıyıcılarının ixracı ilə bağlı müzakirələr aparacağı gözlənilir. Səfərdən öncə Qriqol Vaşadze deyib ki, “bir qədər əvvəl Gürcüstan və Azərbaycan beş il müddətinə qazın çatdırılması ilə bağlı “tarixi saziş imzalayıb”. Bizim münasibətlərimizdə problemimiz yoxdur, birgə mövqelərin işlənməsini tələb edən bir sira məsələlər var, bünün üçün də mən Bakıya gəlirəm”, diplomat belə deyib./ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|