|
Kriminal / 22.12.2008 11:49 Metroya bomba qoyulması ilə bağlı anonim zənglə əlaqədar araşdıma davam etdirilir
Polis zəng edən şəxsin axtarışını davam etdirir
Metronun Qara Qarayev və Nəriman Nərimanov stansiyalarına bomba qoyulması ilə bağlı anonim zənglə əlaqədar araşdıma davam etdirilir. Daxili İşlər Nazirliyinin mətbuat xidmərinin əməkdaşı Ehsan Zahidov ANS PRESS-ə bildirib ki, hazırda polis zəngi edən şəxsin tapılması üçün tədbirlər görülür. Onun sözlərinə görə, metroda polis həmişəki kimi gücləndirilmiş rejimdə işləiyir. Xatırladaq ki, Daxili İşlər Nazirliyinə ötən həftə metronun Nəriman Nərimanov, dekabrın 21-də Qara Qarayev stansiyasına bomba qoyulduğu barədə anonim zəng daxil olub.
Anar Məmmədov /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|