|
Hadisə / 22.12.2008 11:42 Binəqədi rayonunda həyət evi tamamilə yanaraq külə dönüb
Ev sahibləri vaxtında evi tərk edə biliblər
Bu gecə Bakının Binəqədi rayonu 1-ci Mədən yaşayış sahəsində yerləşən həyət evlərindən birində yanğın baş verib. ANS TV-nin məlumatına görə, yanğın zamanı mənzil sahibləri evdə olsalar da evi vaxtında tərk edə biliblər. Hadisə yerinə təxminən 40 dəqiqədən sonra gələn yanğınsöndürənlər alovun qarşısını 30 dəqiqə ərzində almağa müfəvvəq olublar. Alovun qonşu evlərə keçməsinin qarşısı alınıb. Yanğının baş vermə səbəbi kimi elektrik naqillərində olan qısaqapanma göstərilir. Amma baş vermiş hadisəsinin dəqiq səbəbi təhqiqat şöbəsinin əməkdaşları tərəfindən aparılacaq araşdırmalardan sonra məlum olacaq. Təxminən 100 kvadrat metrlik sahəsi olan ev əşyaları ilə birlikdə yanaraq, tamamilə yararsız vəziyyətə düşüb./ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|