|
Kriminal / 22.12.2008 11:45 Paytaxtda 14 saylı poliklinkaya basqın edilib
Basqınçılar poliklinikanın mühafizəçisi tərəfindən tutulub
Bakı şəhərində 14 saylı poliklinkaya baqın edilib. Bakı Şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, bu gün gecə saat 01:50 radələrində Lənkəran şəhər sakini Mirzəmməd Mirzəyev və Səlyan rayon sakini Bəylər Quliyev sərxoş vəziyyətdə Kənd Əhmədlidə yerləşən Səhiyyə Nazirliyinə məxsus 14 saylı poliklinikana basqın ediblər. Onlar poliklinikanın otağından şüşəni sındırma yolu ilə daxil olublar. Poliklinikanın mühafizəçisi Ədalət Nəbiyev tərəfindən tutulub. Hazırda Xətai rayon Polis İdarəsinin 34-cü polis bölməsində təhqiqat aparılır.
Anar Məmmədov /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|