|
Hərb / 22.12.2008 11:01 Ermənistan silahlı qüvvələri Azərbaycan ordusunu yenidən atəşə tutub
Düşmən cavab atəşilə susdurulub, itki yoxdur
Ermənistan silahlı qüvvələrinin bölmələri dekabrın 22-də saat 05.00-dan 05.20-dək Tərtər rayonunun Qızıl Oba və Çiləbürt kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşilə susdurulub. İtki yoxdur./ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|