|
İdman / 22.12.2008 11:35 Kamil Rəhimov Azərbaycan Həvəskar Futbol Federasiyasının prezidenti seçilib
Federasiyanın vitse-prezidenti isə Fərhad Nağıyevdir.
Azərbaycan Həvəskar Futbol Federasiyasının (AHFF) növbəti III Konfransı baş tutub. AFFA-dan verilən məlumata görə gündəlikdə duran məsələlər müzakirə edildikdən sonra AHFF prezidenti vəzifəsinə seçki keçirilib. Kamil Rəhimov növbəti dəfə Azərbaycan Həvəskar Futbol Federasiyasıın prezidenti, Fərhad Nağıyev isə federasiyanın vitse-prezidenti vəzifəsinə seçilib. Konfransda çıxış edən AFFA-nın baş katibi Elxan Məmmədov AHFF-yə gələcək fəaliyyətində uğurlar arzulayıb. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|