|
Kriminal / 22.12.2008 11:46 Dələduzluq edən 19 yaşlı gənc həbs edilib
Cəlal Cəfərov Ziya Səfərova qarşı dələduzluq edib
Bakının Nizami rayonunda dələduzluqla məşğul olan şəxs həbs edilib. Bakı Şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, 19 yaşlı Cəlal Cəfərov etibarından sui istifadə edək 27 yaşlı Ziya Səfərova qarşı dələduzluq edib. Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsinin əməkdaşları keçirdikləri əməliyyat tədbirləri nəticəsində Cəlal Cəfərov tutulub. Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.
Anar Məmmədov /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|