|
Kriminal / 22.12.2008 10:52 Türkiyə vətəndaşına qarşı soyğunçuluq edən şəxs həbs edilib
Hadisəni törədən əvvəllər məhkum olunmuş Oleq Salodçenkodur
Bakı şəhərində Türkiyə vətəndaşına xəsarət yetirərək soyğunçuluq edən şəxs həbs edilib. Bakı Şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə noyabr ayının 23-də baş verib. Həmin gün saat 23:30 radələrində B. Səfəroğlu küçəsində naməlum şəxs Türkiyə vətəndaşı Zəfər Türkərə baş və üz nahiyyəsinə xəsarət yetirib. Naməlum şəxs onun 62 manat pulu və 2 ədəd mobil telefonunu oğurlayıb. Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsinin əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində hadisəni törədən əvvəllər məhkum olunmuş, Oleq Salodçenko tutulub. Faktla bağlı cinayət işi başlanıb.
Anar Məmmədov /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|