|
İqtisadiyyat / 22.12.2008 10:51 «Azərpoçt» dövlət müəssisəsi beynəlxalq pul köçürmə sisteminə qoşulacaq
Gələn ildən təcili elektron pul baratlarının göndərişi mümkün olacaq
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə məxsus «Azərpoçt» dövlət müəssisəsi beynəlxalq pul köçürmə sisteminə qoşulacaq. Nazirlikdən verilən məlumata görə, gələn ildən Dünya Poçt İttifaqının stef beynəlxalq pulköçürmə sistemi çərçivəsində təcili elektron pul baratlarının göndərişi mümkün olacaq. Bu göndərişlər bir saat ərzində ünvana çatdırılacaq. Üstəlik, 2009-cu ilin 1-ci yarısından bütün ölkə ərazisində qeydiyyatlı poçt göndərişlərini izləmək mümkün olacaq. Amma bunun üçün ilk növbədə «Azərpoçt» Milli Bankdan lisenziya almalıdır və bu məsələ ilin sonuna qədər öz həllini tapacaq. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|