|
İqtisadiyyat / 22.12.2008 10:49 Dövlət Neft Şirkəti Qara Dəniz sahilində yeni dəniz limanının inşasını planlaşdırır
Hazırda limanın layihəsi işlənir
Azərbaycan Dövlət Neft Şirkəti Gürcüstandakı Kulevi terminalından əldə etdiyi maliyyə vəsaiti ilə Qara Dəniz sahilində yeni dəniz limanının inşasını planlaşdırır. Şirkətdən verilən məlumata görə, hazırda limanın layihəsi işlənir. Bu liman böyük həcmli tanker və yükləri açıq dənizdə, sahilə yanaşmadan qəbul etməyə imkan verəcək. Hazırda isə Kulevi terminalı yaxınlığında böyük yük tankerləri üçün kanalların genişləndirilməsi və dərinləşdirilməsi işləri aparılır. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|