|
Siyasət / 22.12.2008 10:17 Fələstin muxtariyətinin başçısı Rusiya prezidentilə görüşəcək
Mahmud Abbasın Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşü də nəzərdə tutulub
Rusiyada səfərdə olan Fələstin muxtariyətinin başçısı Mahmud Abbas bu gün Moskvada Rusiya prezidenti Dmitri Medvedev və bu ölkənin xarici işlər naziri Sergey Lavrovla görüşəcək. Görüş zamanı İsrail-Fələstin münaqişəsinin həlli və regionda Rusiyanın rolu müzakirə olunacaq. Bu görüş gələn ilin əvvəlində Yaxın Şərq problemi ilə bağlı Moskvada keçiriləcək dördlüyün müzakirələrinə hazırlıq kimi qiymətləndirilir. Ötən gün isə Mahmud Abbas Çeçenistan respublikasının prezidenti Ramzan Kadırovla görüşüb, Sentroy kəndinə gedərək 2004-cü ildə terror aktı nəticəsində öldürülmüş Əhməd Kadırovun qəbrini ziyarət edib. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|