|
Siyasət / 22.12.2008 10:02 Bu gün Azərbaycan və Türkiyə hərbiçiləri arasında yüksək səviyyəli hərbi dialoq başlayacaq
Hərbi dialoqda ölkələrarası hərbi əməkdaşlıqla bağlı məsələlər müzakirə olunacaq
Bu gün Azərbaycan və Türkiyə hərbiçiləri arasında yüksək səviyyəli hərbi dialoq başlayacaq. Bu məqsədlə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının 2-ci rəisi, ordu generalı Hasan İğsızın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. Nümayəndə heyətində Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı, həmçinin Quru Qoşunları, Hərbi Hava, Hərbi Dəniz Qüvvələri, Jandarma Baş Komandanlığı, həmçinin bu ölkənin Müdafiə və Müdafiə Sənayesi Nazirliklərinin yüksək rütbəli rəsmiləri təmsil olunurlar. Nümayəndə heyətindən APA-ya verilən məlumata görə, hərbi dialoqda ölkələrarası hərbi əməkdaşlıqla bağlı bir bir sıra məsələlərin müzakirə edilməsi planlaşdırılır. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|