|
İdman / 21.12.2008 18:30 İlqar Qurbanovun komandası qələbə qazanıb
"Boluspor" "Güngörən Bələdiyyəspor”u 4-2 hesabı ilə məğlub edib
Futbol üzrə Türkiyə 1-ci liqasında 16 –cı turun oyunları keçirilib. İlqar Qurbanovun heyətində çıxış etdiyi “Boluspor” klubu səfərdə “Güngörən Bələdiyyəspor”la qarşılaşıb. Matçın əvvəlində məğlub duruma düşən matçda “Boluspor” özündə güc taparaq 4-2 hesablı qələbə qazanıb. Bu qələbədən sonra xallarını 22-yə yüksəldən “Boluspor” turnir cədvəlində 9-cu pilləyə yüksəlib. “Boluspor”a qələbə qazandıran qolları matçın 27 və 45-ci dəqiqələrində Edim, 41-ci dəqiqədə Ömər, 87-ci dəqiqədə İbrahim Parlayan rəqib qapısından keçirib. İlqar Qurbanov ilk dəqiqələrdən meydana çıxsa da, matçın 71-ci dəqiqəsində İbrahim Yavuzla əvəzlənib. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|