|
Siyasət / 22.12.2008 11:00 Obamanın inauqurasiya mərasiminə uşaq arabası və çətir gətirmək qadağan olunacaq
Yaşlı və xəstə şəxslərə isə andiçmə mərasimində iştirak etməmək məsləhət görülüb.
Yanvarın 20-də Vaşinqtonda keçiriləcək andiçmə mərasiminə çətir, bel və idman çantaları, həmçinin müxtəlif şüar və transparant çıxarmaq qadağan ediləcək. Frans Press agentliyi yazır ki, bu əşyalar qadağan olunan odlu silah, kəsici alətlər, partlayıcılar və digər alətlərin siyahısına daxil edilib. Barak Obamanın andiçmə mərasiminin keçiriləcəyi ərazidə spirtli içkilərdən istifadə etmək də yasaq olunacaq. Ənənəvi olaraq yanvarın 20-də keçirilən andiçmə mərasimində hava yağışlı və soyuq oluduğundan təşkilatçılar havanın pisləşəcəyi təqdirdə meydana toplaşanları xüsusi örtük və pançolarla təmin edəcəklər. Mərasim boyu qonaqlar ayaqüstə qalacağından təşkilatçılar onlara özləri ilə uşaqlarını, yaşlı və zəif immun sistemi olan şəxsləri gətirməmək barədə indidən xəbərdarlıq edirlər. Paytaxt Vaşinqtonda bütün otel nömrələri tutulub. Şəhərin əksər sakinləri isə evlərini bir həftəliyə kirayə verirlər. Vaşinqton metropolitenin rəhbərliyi isə etiarf edib ki, yanvarın 20-də metrodakı tıxascı tam nəzarətdə saxlaya bilməyəcəklər. Bu səbəbdən Kapitoliyə yaxın ərazidə yaşayanlara mərasimə piyada gəlmək məsləhət görülür. Barak Obamanın inauqurasiya mərasimində 1,2 milyon insanın iştirak edəcəyi gözlənilir. Bu rəqəm1965-ci ildə Lindon Consonun andiçmə mərəsaminə toplaşanların rekord sayından çox ola bilər. 2001-2005-ci illərdə Corc Buşun inauqurasyia mərasiminə cəmi 300 min qonaq gəlmişdi. ABŞ-ın 44-cü prezidenti Barak Hüseyn Obama Amerkia tarixində ilk qaradərili dövlət başçısıdır.
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|