|
Hadisə / 21.12.2008 17:24 Daxili İşlər Nazirliyinə Qara Qarayev metrostansiyasına bomba qoyulması barədə zəng daxil olub
Hadisə yerində axtarış aparan FHN-nin əməkdaşları məlumatın yalnış olduğunu aşkarlayıb
Bu gün saat 14:56-da Daxili İşlər Nazirliyinə metronun Qara Qarayev stansiyasına bomba qoyulduğu barədə anonim zəng daxil olub. Stansiyada qatarların hərəkəti dayandırılıb və sərnişinlər evakuasiya olunub. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Tural Museyibovun ANS-ə verdiyi məlumata görə, hadisə yerinə dərhal FHN-nin və hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub və məlumatın yalnış olduğunu aşkarlanıb. Artıq nazirliyin əməkdaşları hadisə yerini tərk edib. Stansiyan ya əhalinin giriş-çıxışı bərpa olunub. Xatırladaq ki, ötən həftə metronun Nəriman Nərimanov stansiyasında da bomba olması barədə məlumatlar yayılmışdı. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|