|
İdman / 21.12.2008 17:39 "Mançestr Yunayted" dünya çempionu oldu
İngilis klubu final matçında Ekvadorun "LDU de Quito" klubunu 1-0 hesabı ilə məğlub edib
İngiltərənin “Mançestr Yunayted” klubu Yaponiyada keçirilən 5-ci Klublararası Dünya Çempionatının qalıbi olub. İngilis klubu final matçında Ekvadorun "LDU de Quito" klubunu 1-0 hesabı ilə məğlub edib. “Mançestr Yunayted”ə qələbə qazandıran qolu oyunun 73-cü dəqiqəsində Ueyn Runi rəqib qapısından keçirib. Beləliklə 2007/08 mövsümündə Çempionlar Liqasını qazanaraq Avropanın ən güclüsü adını qazanan “Mançestr Yunayted”, Klublararası Dünya Çempionatını da qalib kimi başa vuraraq dünyanın ən güclüsü olduğunu göstərdi. Yaponiyanın “Qamba Osaka” klubu üçüncü, Meksikanın “Paçuca” klubu dördüncü, Avstraliyanın “Adelaide Yunayted” klubu isə 5-ci yeri tutub. Qeyd edək ki, Aleks Ferqusonun yetirmələri klublaraarası dünya çempionatının qalibi olan ilk ingilis klubu oldu. 2005-ci ildə finalda “San Paulo” klubuna 1-0 məğlub olan “Liverpul” ikinci yeri tutmuşdu. Elvin Rəsul/ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|