|
İdman / 21.12.2008 17:32 İstanbul derbisində bu gün "Qalatasaray"la "Beşiktaş" qarşılaşacaq
Matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq
Futbol üzrə Türkiyə Super Liqasında 2008-ci ilin son derbisi bu gün əzəli rəqiblər “Qalatasaray” və “Beşiktaş” arasında keçiriləcək. Çempionatən 15 turundan sonra aktivində 30 xalı olan “Qalatasaray” turnir cədvəlində 4-cü, 28 xalı olan “Beşiktaş” isə 6-cı pllədə qərarlaşıb. Meydan sahibi “Qalatasaray”, bu mövsüm Əli Sami Yen stadionunda keçirdiyi 7 matçın 6-də qalib gəlib, 1 matç isə heç-heçə oynayıb. Cimbom bu matçda da qalib gələrək uğurlu seriyanı davam etdirmək arzusundadıh. Bu mövsüm səfərdə keçirdiyi 7 matçın yalnız 2-də qələbə qazanan “Beşiktaş” isə səfərdə keçirəcəyi bu derbi matçda qalib gələrək, liderlərdən uzaqlaşmamaq istəyir. -QALATASARAY CƏBHƏSİ-
”Qalatasaray”ın heyətində zədəsi davam edən Kyuell, Əmrə Güngör, Həsən Şaş, Sərxan Çalıq, Uğur, Alparslan və Orkun derbi matçta çıxış etməyəcək. Sarı-qırmızılı klubda aktivində 3 sarı vərəqəsi olan Meira, derbidə də sarı vərəqə alacağı təqdirdə cəzalı vəziyyətə düşəcək.
-BEŞİKTAŞ CƏBHƏSİ-
”Beşiktaş”da isə cəzalı Sivok və İbrahim Üzülməzlə yanaşı, zədəli olan Sərdar Qurtuluş və Aydın derbi matçda oynamayacaq. Ağ – qaralarda mövsümün əvvəlindən bu yana 3 sarı vərəqəsi olan Rüştü, Sisse, İbrahim Toraman, Nobre və Sərdar Özkan, derbidə də sarı vərəqə alacaqları halda cəzalı vəiyyətə düşəcəklər.
Əzəli rəqiblərin derbi matça bu heyətlərə çıxacağı gözlənilir:
Qalatasaray: De Sanctis, Səbri, Sərvət, Meira, Hakan, Barış, Ayhan, Mehmet Topal, Arda, Linkoln, Baroş
Beşiktaş: Rüştü, Əli Tandoğan, Zapotoçni, Gökhan, Əkrəm, Holosko, Sisse, İbrahim Toraman, Tello, Delqado, Nobre Qeyd edək ki, İstanbul Əli Sami Yen stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 21:00-da başlanacaq və Lig TV vasitəsilə canlı yayınlanacaq.
Elvin Rəsul/ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|