|
Hadisə / 21.12.2008 14:37 İranda beş nəfər edam edilib
Zorlama və narkotik vasitə yaymaqda təqsirləndirilənlər asılıblar
İranın Kom şəhərində cinayətkarlıqda təqsirli bilinən beş nəfər asılaraq, edam edilib. Onlardan ikisi yeniyetməlik yaşına çatmayan şəxsləri zorlamaqda, ikisi narkotik vasitələr, biri isə bütpərəstliyi yaymaqda ittiham edilirlər. Amnesty International hüquq müdafiəsi təşkilatının hesabatlarına görə, İran Çindən sonra edamların sayına görə, ikinci yeri tutur. Mətbuatın məlumatına görə, bu il İranda 234 məhbus asılıb. Qeyd edək ki, İranda qətlə, zorlama, narkotik vasitələri yayma, silahlı qarət və xəyanətə görə, ölüm cəzası verilir. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|