|
Hadisə / 21.12.2008 15:47 Sədərək Ticarət Mərkəzindəki yanğın nəzarətə götürülüb
Yanğının söndürülməsində 20-yə yaxın yanğınsöndürən maşın, 4 helikopter iştirak edib
Sədərək Ticarət Mərkəzinin Şirniyyat bazarı adlanan ərazisində bu gün səhər başlayan yanğın nəzarətə götürülüb. ANS PRESS-in məlumatına görə, yanğından mühafizə idarəsinin əməkdaşları artıq yanğının əsas hissəsini söndürə biliblər. Hadisə nəticəsində yaralanan 4 yanğınsöndürən isə 3 saylı şəhər xəstəxanasına çatdırılıb. Onların vəziyyətləri stabildir və sabah evə buraxılacaqlar. Hadisə yerində olan fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev yanğının səhər saat 11:27-də başladığını bildirib. Onun sözlərinə görə, hadisə nəticəsində 1200-1400 kvadrat metrə yaxın ərazidə yerləşən 30-dan artıq dükan yanıb. Dörüncü dərəcəli yanğını söndürmək üçün hadisə yerinə 20-yə yaxın yanğınsöndürən və 4 helikopter cəlb edilib. /ANS PRESS/ Sədərək Ticarət Mərkəzindəki yanğında bir yanğınsöndürən xəsarət alıb Sədərək Ticarət Mərkəzindəki şirniyyat bazarı yanır
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|