|
Siyasət / 21.12.2008 15:32 Fələstin muxtariyətinin başçısı Çeçenistan prezidenti ilə görüşüb
Mahmud Abbas terror aktı nəticəsində öldürülən Əhməd Kadırovun qəbrini d' ziyarət edib
Fələstin muxtariyətinin başçısı Mahmud Abbas Çeçenistana səfər edib. M.Abbas səfər çərçivəsində Çeçenistanın dövlət başçısı Ramzan Kadırovla görüşüb. Fələstinli qonaq həmçinin Sentroy kəndinə gedərək 2004-cü ildə terror aktı nəticəsində öldürülən Əhməd Kadırovun qəbrini ziyarət edib və Qroznıda tikilmiş Avropanın ən böyük məscidində ibadət edib. Sabah isə Mahmud Abbas Moskvada Rusiya prezidenti Dmitri Medvedev və xarici işlər naziri Sergey Lavrovla görüşəcək. Görüş zamanı İsrail -Fələstin probleminin həlli və regionda Rusiyanın rolu müzakirə olunacaq. Qeyd edək ki, gələn ilin əvvəlində Yaxın Şərq münaqişəsi ilə bağlı Moskvada dördlüyün müzakirələri keçiriləcək. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|